Bakıda oteldə bədbəxt hadisə – Binadan yıxılan fəhlə qaçırıldı

Bakıda oteldə bədbəxt hadisə – Binadan yıxılan fəhlə qaçırıldı
Bakıda oteldə bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN” Plaza otelində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.
Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, "BMW” markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.
Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az