Bakının bəzi qəsəbələrinə su verilişi dayandırılacaq
Buna səbəb Maştağa Su anbarına su nəql edən iki magistral kəmərdən birində aparılan təmir-bərpa işləridir
“Vətəninfo.az” anspress.com-a istinadən verdiyi xəbərə görə, aprelin 24-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılacaq, təmirə ehtiyac olan hissələr bərpa ediləcək, nasaz siyirtmələr yeniləri ilə əvəzlənəcək. Bununla əlaqədar aprelin 24-də Mehdiabad, Digah, Pirşağı, Məhəmmədi qəsəbələrinə, Bağlar zonası, Sovxoz adlanan əraziyə, həmçinin Sabunçu rayonunun şərq hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?