Bakıda taksi sürücüsü sərnişini pul vermədiyinə görə bıçaqlayıb

Bakıda taksi sürücüsü sərnişini pul vermədiyinə görə bıçaqlayıb
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Miq.az  Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şərifov Seymur Niyaz oğlu taksi sifariş edərək sürücüyə onu yaşadığı Nərimanov rayonuna aparmasını xahiş edib.
S.Şərifov yaşadığı evə gələrkən taksi sürücüsü 10 manat ödəməsini tələb edib. Lakin sərnişin bu qədər pulu olmayacağını bildirdikdə tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Şərifov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Zərərçəkmiş bunu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı bildirib.
Fakt araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az