Bakıda quldurluq hadisəsi baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə paytaxtın “Azneft” dairəsi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Şirin Abbasovun taksi kimi idarə etdiyi “VAZ-2106” markalı maşına sərnişin qismində oturan üç naməlum şəxs sürücüdən Ələt qəsəbəsinə sürməyi xahiş ediblər. Qəsəbə ərazisinə çatdıqda isə onu döyərək və bıçaqla hədə-qorxu gələrək 320 manat pulunu da alıb hadisə yerindən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin baş Cinayət Axtarış İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlər – Sabirabad sakinlər Rafət Əmənov, Əlibaba Muradov və Salyan sakini Kamil Əliyev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?