Detektiv yazarlar Müşfiq XAN və Elxan Elatlı ilə görüş təşkil olunub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Hədəf Nəşrlərinin birgə gerçəkləşdirdiyi “Səyyar kitab” layihəsi çərçivəsində növbəti sərgi-yarmarkalar keçirildi.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, sərgi-yarmarkalar martın 29-da Binə Mədəniyyət Sarayının qarşısında, aprelin 1-də isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda da təşkil olundu. Mindən çox adda, Azərbaycan, ingilis, türk və rus dillərində kitabların təqdim olunduğu sərgidə yüzlərlə Binə sakini iştirak edib. Hər iki tədbir saat 11-dən axşam 18-ə qədər davam edib. Sərgi-yarmarkalarda kitabların güzəştli qiymətlərlə satışı ilə yanaşı, “bir kitab alana bir kitab hədiyyə” kampaniyası da həyata keçirilib və kitablar hədiyyə olunub.
Həmçinin Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilən sərgi-yarmarka çərçivəsində detektiv yazarlar Elxan Elatlının "Seçilmiş cəza" və Müşfiq XANın "Sonuncu hədiyyə" adlı yeni romanlarının təqdimat və imza mərasimi oldu. Tədbirə qatılan institutun rektoru, professor Asif Zamanov həmmüəlifi olduğu “Özünü tanı” kitabını oxuculara imzası ilə təqdim etdi və geniş bir nitqlə çıxış edərək, layihənin əhəmiyyətindən danışdı.
Yazıçılar Şəmil Sadiq və Sevindik Mehman da çıxış edərək, Azərbaycanda milli ədəbiyyatın inkişafında yeni mərhələ başlandığını və cəmiyyətdə kitaba marağın yenidən oyandığını qeyd etdilər.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.