Bakıdakı dəhşətli yanğında ölənlərin sayının çox olduğu bildirilir

Bakıdakı dəhşətli yanğında ölənlərin sayının çox olduğu bildirilir

Bu gün səhərə yaxın güclü yanğının baş verdiyi Narkoloji Dispanserin yaxınlığına heç kim, o cümlədən jurnalistlər buraxılmır. Polis ətrafda güclü mühafizə tədbirləri görüb, foto və videoçəkilişlər aparmağa icazə verilmir. Daxili İşlər Nazirliyinin və Baş prokurorluğun yüksək vəzifəli şəxslərinin hadisə yerində olduğu bildirilir.

Son məlumata görə yanğında xəsarət alan pasiyentlərdən 3 nəfəri Toksikologiya Mərkəzinə aparılıb. Səhiyyə qaynaqları yanğında ölənlərin sayının çox ola biləcəyini bildirir, lakin hələlik ölənlərin sayına dair rəsmi məlumat verilmir. Hadisə zamanı yanğın baş verən korpusda 30-dan çox pasiyentin olduğu bildirilir.

Bu dəqiqələrdə hadisə yerinə baş nazirin müavini, narkotiklərə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da gəlib. Rəsmilərdən hələlik hadisə barədə açıqlama verən yoxdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az