Bakının 7 rayonunda su olmayacaq

Bakının 7 rayonunda su olmayacaq

Paytaxtı içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. Buna görə də paytaxtın 7 rayonunda su problem olacaq.

Bu barədə  "Azərsu” Səhmdar Cəmiyyətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq.

Abonentlərin su təchizatı fasiləli rejimə keçiriləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az