BAKININ BAŞ GÖMRÜKÇÜSÜ HƏBS OLUNA BİLƏR

BAKININ BAŞ GÖMRÜKÇÜSÜ HƏBS OLUNA BİLƏR

KORRUPSİYADA İTTİHAM OLUNAN VÜSAL NOVRUZOV TƏKLƏNİR

Neçə müddətdir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun yerli sahibkarla qan uddurması ilə bağlı faktları diqqətinizə çatdırsaq da, bununla bağlı BBGİ şefinin hansısa dövlət qurumu tərəfindən sorğu-sual edilməsini eşitmədik.  Əslində, açıqlanan faktlar əsasında nəinki Vüsal Novruzovun, hətta bütöv gömrük sistemi əməkdaşlarının barəsində cinayət işinin açılması mümkündür. Çünki məlumatlarımızın birində gömrük orqanları tərəfindən dövlətdən oğurlanan milyardlarla pulun olması faktını diqqətinizə çatdırmışdıq ki, bu məsələnin də gömrük sistemində böyük təlatüm yaratdığı bildirilir. DİA.AZ-ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, son zamanlar hələ də gömrük sistemini nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da qəzəb hədəfinə çevrilən Bakı Baş Gömrük İdarəisinin rəisi Vüsal Novruzovun başından qalmaqallar əskik olmur ki, indi də bu qalmaqala yenisi əvəz oluna bilər. Söhbət onun hətta həbsinin belə mümkünlüyündən gedir. Xatırladaq ki, bu günlərdə mətbuatda yer alan xəbərlərin birində Vüsal Novruzovun yerinə hazırda Astara gömrükxanasına rəhbərlik edən «Rokfeller» ləqəbli Hikmət Məmmədovun təyin ediləcəyi haqda məlumatlar yayılmışdı. Və belə bildirilirdi ki, Vüsal Novruzov Kəmaləddin Heydərovun hədəfindədir. Son məlumatlardan isə aydın olur ki, bu günlərdə gömrükdən mal keçirmək istəyən sahibkarlardan birindən astronomik həddə - ənənəvi qaydadan iki dəfə artıq - 200 min manatlıq rüşvət istəyən BBGİ rəisindən korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət olunub ki, artıq həmin iş üzrə hərəkətə keçilməsi, əməliyyatın hazırlanması üçün yuxarıdan müvafiq razılıq gözlənilir. Mənbəmiz bildirir ki, bununla bağlı təbii olaraq Kəmaləddin Heydərovun mövqeyi öyrənilib ki, onun da bu məsələdə Vüsal Novruzova sahib çıxmadığı söylənilir. Deməli, həbs təhlükəsi realdır…

"DİA.AZ"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az