Bakının qaytardığı mayoru İrəvan həbs etdi

Bakının qaytardığı mayoru İrəvan həbs etdi

Azərbaycanın azad edərək, geri qaytardığı erməni mayor Narek Yeremyan barəsində prokurorluğun təqdimatı ilə İrəvan Apellyasiya Məhkəməsi 2 aylıq həbs qərarı verib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında N.Yeremyanın vəkili Karmen Poqosyan deyib.

İlkin məhkəmə instansiyasında batalyon komandirinin müavini, mayor N.Yeremyanın həmsi ilə bağlı prokurorun iddiası təmin edilməmişdi.

N.Yeremyan hərbi xidmət qaydalarının pozulmasında günahlandırılır. O özü ittihamı qəbul edib.

Qeyd edək ki, N.Yeremyan Azərbaycan Ordusunun 16 noyabrda sərhəddəki toqquşmalarda əsir götürdüyü zabitlərdən biri idi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az