Bakının “Xankəndi əməliyyatı”: Ordumuzun girmədiyi yerdəyik

Bakının “Xankəndi əməliyyatı”: Ordumuzun girmədiyi yerdəyik
"Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımdan diqqətçəkən detaldır”.

Miq.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Bakı "erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir:

"Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır.

Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndidə Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az