Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında şəhər nəqliyyatının təkmilləşdirilməsilə bağlı göstəriş verib:
Ölkə başçısı qeyd edib ki, bu il şəhərə əlavə 300 yeni müasir avtobus gətiriləcək:
"Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir”.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda bu avtobusların gətirilməsi üçün işlərə start verilib:
"Bildiyiniz kimi, bu il iyunun 4-dən tender elan olunub və hələ də davam edir. Avtobusların sayı, hansı markadan olması və s. tenderin nəticəsində qalib olmuş şirkət tərəfindən həyata keçiriləcək. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır”.
M.Ağayev qeyd edib ki, məqsəd sərnişinlərə təhlükəsiz, keyfiyyətli və şəhərin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?