Balakən meşələrində qaz vurub-qazan doldurulur-Şikayyət məktubu

Balakən meşələrində qaz vurub-qazan doldurulur-Şikayyət məktubu

Balakənlilər Hüseynqulu Bağırova müraciət etdilər

Əgər müraciətləri bu dəfə də qulaqardına vurulacağı təqdirdə dövlət başçısına şikayət edəcəklər

Balakən rayonu Qabaqçöl kəndinin bir qrup sakini Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, bir nüsxəsi də “Vətəninfo.az”ın redaksiyası olmaqla məktub ünvanlayıb. Məktubda meşə təsərüfatında baş verən qanunsuzluqlardan bəhs olunur, əməkdaşlarımız məktub əsasında araşdırma aparıblar və adları çəkilən bütün tərəflərlə əlaqə yaradaraq məsələyə münasibətlərini öyrəniblər. Öncə şikayət məktubunu təqdim edirik. 


«Yazıb sizə məlum edirik ki, Balakən rayon meşə təsərrüfatı idarəsinin müdiri vəzifəsində Rauf Qarayev işləyəndə 2010-cu ildə Yeni Şərif kəndində yerləşən meşə zolağına Urkayev Paşa Ramazan oğlu meşəbəyi təyin olunmuşdu. İş elə gətirdi ki, bir ildən sonra Rauf Qarayev vəzifəsindən kənar edildi, yerinə Terçiyev Məhəmməd Əli oğlu təyin olundu. O, vəzifə başına keçən kimi başladı «qaz vurub qazan doldurmağa». Birinci o, Urkayev Paşanı qanunsuz işdən azad etdi. Bəhanəsi də bu oldu ki, guya o meşə qırıntısına yol verib. Halbuki 61 kub metr odun həmin meşə zolağında olan zastavanın hərbçiləri tərəfindən qırılmışdı. M. Terçiyev həmin meşəbəyi Paşa Urkayevə buna görə 242 manat pulu məcburi olaraq ödətdirdi. M. Terçiyev sonra həmin meşə zolağına Nurtanayev Ramazanı meşəbəyi təyin etdi. Amma faktiki olaraq meşəni yaxın dostu olan Qoqayev Abdulla Xəlil oğlu idarə edir. Halbuki Qoqayev Abdulla iki dəfə həmin meşəyə təyin olunanda çoxlu meşə qırıntısına yol verdiyinə görə işdən azad edilmişdi. Belə cinayət işlədən adamı meşəyə yaxın qoymağa ixtiyarı olmadığına görə M.Terçiyev, Nurtanayev Ramazanın adını meşəbəyi kimi qeydiyyatdan keçirib, amma əslində isə dostu Qoqayev Abdullanın əli ilə meşəni çapıb - talayır. İndi Qoqayev Abdulla fürsətdən istifadə edərək daha çox ağacın qırılması və onun satışı ilə məşğuldur. Qanunsuz olaraq Terçiyev həftədə bir dəfə meşədə olan ağacları möhürləyir, odun üçün biletləri isə Qoqayev Abdullaya verir. O da vələs ağaclarını kəsərək kənd sakinlərinə yox, kefi istədiyi adamlara bir maşın odunu 300 manatdan satır. Hansı qanunda yazılıb ki, ən böyük cinayət sayılan ağac qırıntısı ilə məşğul olmuş bir adam üçünçü dəfə meşəyə girməyə icazə verilsin?

Məhəmməd Terçiyev söz düşəndə deyir ki, işə girməkdən ötrü Ekologiya Nazirliyində bəzi şəxslərə 60 min manat pul verib, buna görə belə işlərlə məşğuldur. Balakən rayonun Sarıbulaq kəndində yerləşən meşə zolağının meşəsində meşəbəyi Arazdır, həmin Araza təftiş komissiyasının yoxlaması zamanı 8 min manat cərimə yazılmışdı. Lakin həmin cərimə heç dövlət sənədində qeydiyyata da düşməyib. Həmin pul təbii ki, M. Terçiyev tərəfindən mənimsənilib. Sarıbulaq, eləcə də Yeni Şərif kəndində olan digər meşə zolaqlarında, ümumiyyətlə isə rayonun bütün meşələrində qanunsuz şəkildə qırılan ağacların sayı-hesabı yoxdur. Ötən həftə M. Terçiyev rayonun bütün meşəbəylərindən 500 manat pul yığıb, adını da qoyub ki, guya bu pulları Bakıya, nazirliyə göndərəcək. Bütün camaat ondan narazıdır. Yaşıl sərvətimiz olan meşələri belə qırmaq olarmı?

Biz əminik ki, Terçiyev kimilər təmsil olunduqları nazirliyə nəinki ləkədir, həm də onun adından sui-istifadə edirlər. İnanırıq ki, Bakıda aidiyyatlı qurumlar, Ekologiya Nazirliyi bu qanunsuzluğa son qoyacaq və rayon camaatının ümidini doğruldacaq. Əks-təqdirdə Terçiyevin arxasında özünün də dediyi kimi Ekologiya Nazirliyində himayədarlarının olmasına dair söylədiklərinə inanmaq məcburiyyətində qalacabıq».

Redaksiyadan-adları şikayyət məktubunda qeyd olunan şəxlərin və cənab nazir Hüseynqulu bağırovunda mövqeyini təqdim etməyə hazırıq.

Aysel




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az