Baş nazir: “Xankəndidəki ermənilər Bakı ilə dialoqa getməlidirlər”

Baş nazir: “Xankəndidəki ermənilər Bakı ilə dialoqa getməlidirlər”
"Qarabağ ermənilərinin ehtiyaclarının Ağdamdan qarşılanması məsələsini müzakirə etməmişəm, çünki bunun üçün səlahiyyətim yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan Qarabağ ermənilərinin taleyini həll edə bilməz, bunun üçün səlahiyyətimiz yoxdur. Xankəndidəki ermənilər özləri Bakı ilə dialoqa getməlidirlər” – deyə, o bildirib.

Paşinyan jurnalistlərin israrla verdiyi "Qarabağ Azərbaycan-Ermənistan arasındakı sülh prosesində danışıqlara salına bilərmi” sualından yayınaraq, Qarabağ ermənilərinin özlərinin Bakı ilə danışmasının daha doğru olduğunu deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az