Baş Qərargah təhlükə barədə xəbərdarlıq etdi – Rusların qorxunc planı

Baş Qərargah təhlükə barədə xəbərdarlıq etdi – Rusların qorxunc planı

Ukraynanın kimya sənayesində təxribat ehtimalı istisna edilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukraynanın bütün istiqamətlərində mülki və hərbi infrastrukturlara raket zərbələri endirmə ehtimalı yüksəkdir. Eyni zamanda, Ukraynanın kimya sənayesində təxribat törədilməsi ehtimalı istisna edilmir”, - məlumatda deyilib.

Baş Qərargah Ukraynaya qarşı tammiqyaslı silahlı təcavüzün davam etdiyini vurğulayıb.

Məlumata görə, rus ordusunun aviasiya bölmələrinin əsas səyləri şərq əməliyyat zonasındakı qüvvələrin dəstəklənməsinə yönəlib: Slobojanski, Donetsk və Azovstal zavodu ərazisində. Rus qüvvələri bütün təmas xətti boyunca artilleriyadan istifadə edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az