Baş redaktor həbs edildi

Baş redaktor həbs edildi
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən qəzetin baş redaktoru həbs edilib.

 Vətəninfo.az xəbər verir ki, APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, "Today's Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş İstanbuldakı ofisində saxlanılıb.

 Məlumata görə, həbsə səbəb onun "Twitter” səhifəsindəki yazıları olub.  Bülənt Keneş bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.

 Qeyd edək ki, B.Keneş bu ilin iyununda analoji ittihama görə şərti olaraq 21 ay müddətinə azadlıqdan məhrum edilmişdi.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az