Bu gün Ukrayna paytaxtında rəsmi səfərdə olan ABŞ prezidenti Co Bayden hava həyəcanını da yaşayıb.
Kiyevdə ABŞ prezidenti günəşli hava və qeyri-adekvat qonşuların təhlükəsi səbəbindən hava həyəcanı ilə qarşılanıb.
Moderator.az xəbər verir ki, "TSN" kanalının yaydığı xəbərdə belə deyilir.
Lakin Co Bayden hava hücumu siqnalına ciddi reaksiya verməyib.
Kiyevdə hava həyəcanı başlayanda ABŞ prezidenti Bayden və Ukrayna lideri Zelenski Qızıl günbəzli müqəddəs Mixail kilsəsinin yaxınlığındakı küçə ilə gediblər.
Kiyevdə hava həyəcanı yerli vaxtla saat 11.34-də başlayıb. Sonu - 13:07-də olub. Təhlükə 1 saat 32 dəqiqə davam edib.