Bayden Kiyevdə olarkən Rusiya “Sarmat” atdı, uğursuz oldu

Bayden Kiyevdə olarkən Rusiya “Sarmat” atdı, uğursuz oldu
Bayden Kiyevdə səfərdə olarkən Rusiya ordusu "Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib. Amma sınaq uğursuz olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı CNN mənbəyə istinadən yayıb.

Mənbənin sözlərinə görə, Rusiya hakimiyyəti "Sarmat” sınaqları barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib:

"Sınaq ABŞ üçün təhlükə yaratmır və Vaşinqton bu sınaqlara eskalasiya kimi baxmır. Raket sınaqları uğurlu olsaydı, Putin dünən Federal Məclisə müraciətində bunları qeyd edərdi. Amma bu barədə nə Putinin çıxışında, nə də Rusiya dövlət mediasında məlumat var”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az