Bayden müsəlmanlara səsləndi: Mən və xanımım...

Bayden müsəlmanlara səsləndi: Mən və xanımım...

ABŞ Prezidenti Co Bayden Ramazan ayının başlaması ilə bağlı yazılı açıqlama verib.

Miq.Az xəbər verir ki, Co Bayden müsəlmanlara qarşı qərəz və hücumların qəbuledilməz olduğunu və dayandırılmasını vurğulayıb.

"Çindəki uyğurlar, Myanmadakı Rohinca müsəlmanları və dünyadakı müsəlman cəmiyyətləri də daxil olmaqla, insan haqlarını müdafiə etməyə davam edəcəyəm.

Həyat yoldaşım və mən ABŞ-dakı və dünyadakı müsəlman icmalarına təbriklərimizi göndəririk. Ramazan ayınız mübarək”, - Bayden bildirib.

O, qarşılarında ümidli günlərin olduğunu və Qurani-Kərimdən Nur surəsinin 35-ci ayəsini qeyd edib:

"Allah göylərin və Yerin nurudur”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az