Baydendən SANKSİYA ANONSU: "Rusiyanın ağır bədəl ödəməsi üçün..."

Baydendən SANKSİYA ANONSU:
ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.

"Biz Rusiyanın ağır bədəl ödəməsi üçün lazım olan hər şeyi edirik", - Amerika lideri bildirib.

Bayden Rusiyaya qarşı əlavə sanksiyaların bu həftə elan ediləcəyini bildirib. Lakin o, heç bir təfərrüat verməyib.

"Bu gün etdiyimiz hər şey uşaqlar naminədir. Onlar azadlıq dünyasında yaşasınlar. Qaranlıq deyil, işıqlı dünyada", - ABŞ prezidenti əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az