Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Akif Əli deyib ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin qəbul edəcəyi qərar sakinlərin mənafeyinə uyğun olacaq, qərar əhalini razı salacaq qaydada icra olunacaq: "Bayıl yamacında baş verən təbii fəlakət, təbiət hadisəsidir. Hazırda ərazi hökumətin nəzarətindədir, müvafiq addımlar atılır. İndiki halda Bayıl yamacında sürüşmə prosesi davam edir. Ona görə də həmin ərazidə hansı sahələrdə neçə evin təhlükə ilə üzləşdiyini, hansı sayda sakinin həmin evlərdən köçürülməli olacağını proqnozlaşdırmaq mümkün deyil. Sürüşmə sahəsində prosesin tam əhatə dairəsinin müəyyənləşməsindən, bu barədə müvafiq qurumların rəylərinin təqdim edilməsi prosesinin yekunlaşmasından, sürüşmə sahəsində vəziyyət tam aydın olandan sonra Nazirlər Kabineti müvafiq qərar verəcək. Əhali bir qədər səbirli olmalıdır. Burada tələsik addım atmaq olmaz. Fevralın 10-da sürüşmə prosesinin aktivləşməsi, bir neçə evin uçması da buna sübutdur.
Əsas odur ki, sürüşmə zonasında proses dayansın, tədqiqat işləri yekunlaşsın, situasiya tam aydınlaşsın. Ərazidə vəziyyətlə bağlı daim Nazirlər Kabinetinə məlumatlar təqdim olunur, bu məlumatlar baş nazirə çatdırılır və anında müvafiq addımlar atılır. Ona görə də əhali narahat olmasın. Nazirlər Kabinetinin hər bir qərarı həm təhlükəsizlik, həm yerləşdirilmə, həm gələcək həyat şəraitinin lazımi formada təmin olunması istiqamətində əhalinin mənafeyinə uyğun olacaq”.
Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ