Baykerlərimiz növbəti motoyürüşə start verdilər

Baykerlərimiz növbəti motoyürüşə start verdilər
"Baku HOG Azerbaijan” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə azərbaycanlı baykerlərin "Böyük Yolun Yolçuları” adı altına azərbaycanlı baykerlərin növbəti motoyürüşü başlayıb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə ANS Şirkətlər Qrupunun prezidenti və "Baku HOG Azerbaijan”ın Baş direktoru Vahid Mustafayevin rəhbərliyi ilə Bakı-Tbilisi marşrutu üzrə yürüş edən baykerlərin əsas məqsədi 2016-cı ildə istifadəyə veriləcək
Bakı-Tbilisi-Qars dəmiryolunun tanıtımıdır.


Azərbaycanlı baykerlər Tbilisi istiqamətində
ANS ÇM-in səhər şousunda canlı bağlantı zamanı ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev ölkəmizin təşəbbüsü ilə start verilən bu layihənin region üçün böyük əhəmiyyət kəsb etdiyini və Prezident İlham Əliyevin sayəsində Ermənistanın layihədən kənarlaşdırılmasını xüsusi vurğulayıb.
"2016-ci ildən Azərbaycan xalqı bu yol vasitəsi ilə Avropaya, avropalılar isə Azərbaycana gəlib-getmək üçün yararlana biləcəklər”. Vahid Mustafayev baykerlərin bütün marşrutu 2 günə qət etməyə planlaşdırdığını açıqlayıb. Tbilisidə isə baykerlərimizin yürüşünə gürcü motosikletçilərin qatılacağı gözlənilir.


Vahid Mustafayev - "Baku HOG Azerbaijan”ın Baş direktoru

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli 2007-ci ildə Gürcüstanın Marabkəndində qoyulub. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa İstanbula isə iki gün yarıma getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək.


Bakı-Tbilisi-Qars dəmir yolu


Dəmir yolunun Türkiyə hissəsində aparılan tikinti işləri

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az