Bələdiyyə torpaqlarının qiymətini kim müəyyənləşdirəcək? - Deputat yeni qanunu şərh ETDİ

Bələdiyyə torpaqlarının qiymətini kim müəyyənləşdirəcək? - Deputat yeni qanunu şərh ETDİ


"Prezident İlham Əliyev "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklər ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində yeni səlahiyyət müəyyənləşib".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu dəyişiklik sözügedən sahədə şəffaflığın təmin olunmasına xidmət edəcək: 

"Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək. Bu isə o deməkdir ki, bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcəklər. Yeni qanuna əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək.

Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edəcək".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az