Bələdiyyələrin yanında İctimai Şuralar yaradılmalıdır”

Bələdiyyələrin yanında İctimai Şuralar yaradılmalıdır”

“Vətəninfo.az”ın verdiyi xəbərə görə, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli özünüidarədə ictimai iştirakçılıq, ictimai rəy və fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması” layihəsinin icrasına başlayır.  

5 ay müddətində həyata keçiriləcək layihə Bakının Yasamal, Sumqayıt, Quba və Xudat bələdiyyələrini əhatə edəcək.  Layihənin işçi heyətinın iclasında layihə çərçivəsində görüləcək işlər müzakirə olunub, iş qrafiki təsdiqlənib. 

Təşkilat və layihə rəhbəri Rəfail Becanovun bildirib ki, layihə mühüm əhəmiyyət kəsb edir. Birincisi, bələdiyyələrlə vətəndaş cəmiyyəti sektoru arasında əlaqələrin inkişafı prioritet kimi nəzərdə tutulur və bələdiyyə sifarişlərinin verilməsi ilə bağlı kompaniya aparılaraq, bələdiyyələrin bu sifarişləri vermək üçün QHT-lərin resurslarından istifadə etməsi gündəmə gətiriləcək. 

İkincisi, QHT-lərə Dövlət Dəstəyi Şurası da bələdiyyələrin şəffaf fəaliyyətində maraqlıdır. Şura bələdiyyələrlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafının səffaflığı əsas prioritetlərindən biri hesab edir. Biz də hesab edirik ki, layihə çərçivəsində ilk dəfə olaraq, bələdiyyələrin yanında vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, məhəllə komitələrinin təmsilçiləri, yerli media nümayəndələrinin iştirakı ilə İctimai Şuraların yaradılması ilə bağlı təkliflərin ictimai müzakirəsi təşkil olunacaq. Hesab edirik ki, bu layihə bələdiyyələrin fəaliyyətində ictimai nəzarət rolunu oynamaqla yanaşı, həm də bələdiyyələrdə şəffaflığın artırılmasında, büdcə xərclərinin səmərəliliyinində və büdcə vəsaitlərinin daha vacib sosial sahələrin inkişafına cəlb olunmasına yardım edə bilər. 

Buna görə də layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmağa çalışacağıq. Artıq layihə haqqında Bələdiyyələrlə İş Mərkəzinə məlumat göndərilib və onlarla olan əməkdaşlığımızı nəzərə alaraq, düşünürük ki, onlar bu layihənin də gerçəkləşməsində, səmərəliliyinin artırılmasında bizə kömək edəcəklər.

Könül İbrahim



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az