Bəşər Əsəd İrana qaçıb?

Bəşər Əsəd İrana qaçıb?

Bir sıra kütləvi informasiya vasitələrinin yaydıqları xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinin hazırladıqları kütləvi raket zərbələri barədə verilən xəbərlərə görə ailəsi ilə birlikdə Tehrana köçürülüb.

Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı ilk olaraq BƏƏ-nin "Erem News” agentliyi paylaşıb. Mənbəyə görə, SEPAH döyüşçüləri gizli olaraq Əsədin, ailəsinin və yaxın ətrafının Dəməşqdən Tehrana köçürülməsini təmin ediblər.

Lakin bu məlumat tezliklə təkzib edilib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa məlumatı yalanlayıb. "İndiki vəziyyətdə müəyyən qüvvələr yalan xəbərlər yaya bilər. Gəlin, onlara inanmayaq”, - o bildirib.

"Suriyada vəziyyət bundan qat-qat ağır olan zaman – ölkənin əksər ərazisi və hətta Dəməşqin bir hissəsi hökumət qüvvələri tərəfindən nəzarətdə olmadığı bir dövrdə belə Bəşər Əsəd heç yerə getməmişdi”, - rusiyalı siyasətçi qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az