Bəxtiyar Hacıyev aclığa başlayıb

Bəxtiyar Hacıyev aclığa başlayıb

Barəsində həbs qətimkan tədbiri seçilən ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını davam etdirir.

Miq.Az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıv məlumat yayıb.

O bildirib ki, B.Hacıyev iki gündür mayeli aclığa davam edir:

"İctimaiyyətin, həmçinin öz fikrimi çatdırsam da, aclığı dayandırmaq fikrindən daşınmadı. Ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirdi. Özünə qarşı olan haqsızlığa görə bu addımda israrlı olduğunu qeyd etdi. Müəssisə həkimi tərəfindən səhhəti yoxlanılacaq", - o bildirib.

Qeyd edək ki, B.Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Məhkəmə qərarı ilə B.Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az