Bəxtiyar Vahabzadənin diplomat oğlu Qarabağ Komitəsinə qoşuldu

Bəxtiyar Vahabzadənin diplomat oğlu Qarabağ Komitəsinə qoşuldu

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinə qoşulub.

Bu barədə unikal.org-a Qarabağ Komitəsinin üzvlərindən biri məlumat verib. Belə ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin sabah keçirilməsi nəzərdə tutulan xüsusi iclasına da qatılacaq. 

Bildirilir ki, İ.Vahabzadə Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq. 

Qeyd edək ki, toplantı 08 may 2019-cu il, saat 12.00-da KXCP-nin ofisində keçiriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az