“Bəziləri deyirdi ki, təhlükəli ola bilər, tam təhlükəsiz qayıtdıq...”

“Bəziləri deyirdi ki, təhlükəli ola bilər, tam təhlükəsiz qayıtdıq...”

Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian dünən Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində iştirak edib, eləcə də tədbirə qatılan liderlərlə görüşlər keçirib.

 

Miq.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, Pezeşkian ölkəsinə qayıtdıqdan sonra səfərlə bağlı maraqlı açıqlamalar verib.

 

Onun sözlərinə görə, ölkəsində bəzi şəxslər səfərin təhlükəli ola biləcəyini deyib: "Bəziləri deyirdi ki, bu səfər təhlükəli ola bilər, yaxud yolda hansısa problemlər yarana bilər. Lakin həm səfərimiz problemsiz oldu, həm də tam təhlükəsiz şəraitdə geri qayıtdıq”.

 

İran lideri, eyni zamanda səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərdən bəhs edərək danışıqların konstruktiv olduğunu, dost və müsbət mühitdə keçdiyini diqqətə çatdırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az