“Vətəninfo.az”a daxil oan bəyanatı olduğu kimi təqdim edirik.
Bir neçə müddət öncə Beynəılxalq Haqq və Ədalət Assosiasiyası ARDNŞ ə məxsus olduğu iddia edilən SOCAR Treding SA, SOCAR Energiy Switzerland Holding AG, SOCAR Black Sea şirkələri ilə bağlı araşdırmanın ilkin nəticələrini elan etmişdir. ARDNŞ həmin araşdırmaya rəsmi münasibət olaraq bəyanat yayımladı. ARDNŞ in səbatsız bəyanatını heç bir ciddi əsası olmayan bəyanat və əsas məsələdən bilərəkdən yayınma cəhdi kimi qiymətləndirmək olar. Belə ki, həmin bəyanatda ortaya qoyulmuş prinsipial suallara nəinki cavab verilməmiş, ümumiyyətlə bu məsələlərin üstündən sükutla keçilmişdir. Bu, bir daha onu sübut edir ki, araşdırma nəticəsində ortaya çıxarılmış suallar aktualdır.
Beynəılxalq Haqq və Ədalət Assosiasiyası hüquqşünaslar qrupu SOCAR şirkətlərinin fəaliyyətinə dair daxili araşdırma prossesini başa çatdırmışdır. Araşdırma nəticəsində daha yeni ciddi faktlar əldə edilmişdir. Həmin faktlar müəyyən müddətdən sonra geniş ictimaiyyət üçün açıqlanacaq. İndi rəsmi araşdırmaya nail olmaq məqsədi ilə müvafiq prosedur addımlar atır. İlk addım kimi Azırbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Kommitəsinə rəsmi müraciət edilib. Kommitənin verəcəyi hər hansı reaksiyadan asılı olmayaraq, həmin sənədlər araşdırılması üçün İsveçrə Baş Prokurorluğuna da təqdim ediləcək.