Bakı Metropoliteninin Bilgəhdə yerləşən Sanatoriya-profilaktoriya və istirahət zonasında Silahlı Qüvvələrin yaranması günü və Polis günü münasibəti ilə möhtəşəm konsert proqramı keçirildi. Konsert proqramının aparıcısı jurnalist-publisist Alim Nəbioğlu Silahlı Qüvvələrin yaranma tarixi, Azərbaycan Ordusunun keçdiyi keşməkeşli, çətin, şərəfli yolundan danışdı, formalaşan mübariz ordumuzun gücünə işıq tutdu. Müstəqil Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyevin Azərbaycan Ordusunun yenidən yaradılıb formalaşmasındakı əvəzsiz xidmətlərindən danışaraq Ulu Öndərin apardığı siyasətdən danışdı.
Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun metropolitençilərə bayram təbrikini çatdırdı. Respublikanın əməkdar artisti Ruhəngiz Musəvi maraqlı repertuarla çıxış edərək metropoitençilərlə rəqs etdi. Silahlı Qüvvələrin yaranması günü və Polis günü münasibəti ilə metropoliten işçilərini təbrik etdi.
Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşəbbüşü və təşkilati dəstəyi ilə reallaşan konsert proqramını istedadlı müğənni Rauf İbrahimov davam etdirdi. Müğənninin oxuduğu “Qonaq gəl bizə” ,”Azərbaycan” mahnısını metropolitençilər də qoşulub birgə oxudular. Jurnalist, gecənin ssenari müəllifi Araz Haciyev Polis günü ilə bağlı dolğum məlumat verdi, tədbirdə fərqlənən metropoliten işçilərinə maraqli kitablar, müğənnilərin kompakt disklərini hədiyyə etdi. Aparıcı şəhid anası qarşısında “Ana” şeirini söyləyərək şəhidlərin ruhunu andı. Şeir şəhid anasını və dincələnləri kövrəltdi.
Metropoliten işçiləri çıxış edərək metropolitenin rəisi Zaur Hüseynova və Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə maraqlı konsert proqramının təşkilinə görə təşəkkürünü bildirdilər. Sonda əməkdar artist Ruhəngiz Musəvi sözləri Vüqar Əhmədə, musiqisi Nailə Mirməmmədliyə məxsus “Azərbaycan” mahnısını ifa etdi. Xatirə şəkilləri çəkildi. Beləcə, Bakı Metropoliteninin Bilgəhdə yerləşən Sanatoriya-profilaktoriya və istirahət zonasında dincələn metpololitençilər Silahlı Qüvvələrin yaranması günü və Polis gününü yüksək səviyyədə qeyd etdilər.
Sonda bayram gününün şərəfinə gənclərin istəyi ilə diskoteka quruldu. Konsert proqramı iki saat davam etdi. Metropoliten işçiləri tədbirdən məmnun qaldiqlarını söylədilər.
Konsertin informasiya dəstəyi “Vətəninfo.az” saytıdır.