Bilik Fondunda ziyalılarla videokonfrans keçirilib

Bilik Fondunda ziyalılarla videokonfrans keçirilib

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə videokonfrans keçirilib.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Vətəninfo.az-a verilən məlumata görə, videokonfransda IV Bakı Beynəlxalq Humanitar Forumuna xarici ölkələrdən qatılan tanınmış alimlər, yazıçılar, ictimai xadimlər, Azərbaycanın 13 bölgəsindən olan ziyalılar iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq videokonfransa qatıldıqlarına görə təşəkkürünü bildirib. O.Səmədov deyib ki, Forum iştirakçıları Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm artıq həyat tərzinə çevrilib” fikrinin canlı şahidinə çevriliblər, ölkəmizdəki tolerant mühitlə yaxından tanış olublar.

Dünyanın nüfuzlu elm və siyasi xadimləri – İtaliyanın “Il Sole” qəzetinin redaktoru Sandro Teti, professorlar Franco Cardin, Armando Massarenti, mühəndis-alim Laura Peretti, fransalı professor Miçel Bozdemir, Malaziyanın Bermama Agentliyinin baş direktoru Yonq So Heonq, ingiltərəli professor Svetlana Kurtes, almaniyalı professorlar Ziqlinde Hartmann, Klaus Volf, Hendrix Busxotten və rusiyalı yazıçı Aleksandr Petrovic Bondarev ilə Şamaxı, Bərdə, Şirvan, Sumqayıt, Masallı, Gəncə, Şəki, Quba, Ağcabədi, Mingəçevir, Sabirabad, Göyçay, Lənkəranda olan ziyalılar və ictimai fəallar onlayn formada fikir mübadiləsi aparıblar.

Xarici qonaqlar yerlərdəki ziyalılarla IV Bakı Beynəlxalq Humanitar Forumuna dair təəssüratlarını bölüşüb, onların suallarını cavablandırıblar.

Videokonfransın təşkilində əsas məqsəd bölgə əhalisinin ictimai proseslərdə aktivliyini artırmaq, yerli ziyalıların tanınmış xarici alimlərlə ünsiyyətini yaratmaqdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az