Binali Yıldırım: "Hərbi çevrilişə cəhdlə əlaqədar 40 min nəfər saxlanılıb"

Binali Yıldırım:

Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi ilə bağlı polis, hərbi, məhkəmə və digər qurumların əməkdaşları, habelə mülki şəxslər də daxil olmaqla 40 min 29 nəfər saxlanılıb.

Bunu Türkiyənin baş naziri Binali Yıldırım "TRT Haber"də canlı yayımda sualları cavablandırarkən deyib.

O, bildirib ki, 5 min 187 nəfərlə bağlı əməliyyatlar davam edir.

Baş nazirin sözlərinə görə, dövlət çevrilişinə cəhddə iştirakına görə, 20355 nəfər həbs olunub.

79 min 900 dövlət qulluqçusu işdən azad edilib.

5014 nəfər dövlət orqanlarındakı vəzifələrindən kənarlaşdırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az