Bir də görürsən ki; … - şeir -
… yarımçıq qalmış yeganə şeirim …
Nikbin Qasımlı yazır …
***
bir də görürsən ki;
- bir otaqdı, bir otağın əşyaları, bir də özünsən …
bir də görürsən ki;
- birotaqlı mənzildə; - təkbaşına təkliyinlə əylənirsən …
***
bir də görürsən ki;
- heç kim yoxdu …
bir də görürsən ki;
- heç kimin heç kimi yoxdu …
bir də görürsən ki;
- heç kim belə yoxdu, bircə heç nə çoxdu …
***
bir də görürsən ki;
- bayırdakı şaxtanın
… sırsıranın …
… sərt küləyin …
… ucbatından …
otaqdakı pəncərələr
… kipləşib …
pəncərələrdəki şüşələr
… dünən gecədən bəri buxarı qucaqlayıb…
… buxarla sevişib …
… son …
Miq.Az