Bir neçə nömrə əvəzi – Azercellim tarifi!

Bir neçə nömrə əvəzi – Azercellim tarifi!

Azercell SimSim abunəçiləri üçün yeni sərfəli tarif paketini istifadəyə verdi

Azərbaycanın mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. İyunun 3-dən etibarən Azercell Fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni Azercellim tarifini təqdim edir. Yeni tarif Azercell abunəçilərinə daha sərfəli danışıq imkanı yaradır. Belə ki, bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə cəmi 6 qəpik ödəyəcəklər. Azercellim-də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdi.

Xidmətin adı

Ölçü vahidi

Xidmət haqqı

(ƏDV daxil, AZN ilə)

Şəbəkədaxili zəng

Hər bir dəqiqə

0,04

Şəbəkəxarici zəng

Hər bir dəqiqə

0,06

SMS

Hər bir ədəd

0, 03

Mobil internet

Hər bir MB

0, 20

MMS

Hər bir ədəd

0,10

 Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə hesablama intervalı 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda iyunun 3-dən etibarən yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri yeni Azercellim tarifində olacaq. Yeni aktivləşən, nömrələrini şəbəkəyə daşıyan SimSim abunəçilərinəpreaktiv balans olaraq 3 AZN hədiyyə veriləcək. Preaktiv balans ölkədaxili zəng və SMS, həmçinin Mobil İnternetüçün 30 gün ərzində istifadə oluna bilər.
Azercell abunəçilərinə yay ayları boyunca yeniliklər təqdim etməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected]/* */ ünvanına müraciət edə bilərsiniz



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az