"Bizim insanımız insan deyil, erməninki insandır?" - İdarə rəisi


"Ermənilərin hərbçilərimizlə bağlı yaydığı videolar var, bizim insanımız insan deyil?"

"Report”un xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi qulluqçularının lentə alaraq sosial şəbəkələrdə paylaşdığı videolar var: "Bununla bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir. Həmin videolarda bir neçə faktı göstərmək olar. Əsir götürülmüş bir hərbi qulluqçunun boğazının kəsilərək öldürülməsi, yaralı, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, əl-ayağı tərpənməyən hərbi qulluqçunun başına avtomatın qundağı ilə çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi kimi çoxsaylı misallar çəkə bilərəm. Bizim insanımız insan deyil, erməninki insandır? Bu yanaşma yolverilməzdir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az