Humanitar təşkilatlar 2015-ci ildə böyük çətinliklərlə üzləşəcəklər.
Bu sözləri BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Con Qinq bəyan edib. Onun sözlərinə görə, bütövlükdə 2014-cü ildə bu sahədə vəziyyət pisləşməkdə davam edib. Gələcək üçün proqnozlar da çox bədbindir.
Con Qinq deyib: “Bir il əvvəl təqribən 52 milyon insanın humanitar yardıma ehtiyacı olub. İlin sonunda yaranmış vəziyyətə görə, humanitar yardım artıq 76 milyon adama lazımdır”.
Bu qədər ehtiyacı olanı dəstəkləmək üçün 19 milyard dollardan çox, yəni ötən illə müqayisədə 6 milyard dollar çox vəsait lazımdır.
C.Qinq deyib: ”Yüz minlərlə, milyonlarla insan münaqişələr zamanı həlak olur, on milyonlarla adam dəhşətli, qeyri-insani şəraitdə yaşayır”. Münaqişələrdən zərər çəkən insanların yardım gözlədiyini vurğulayan C.Qinq beynəlxalq birliyi nikbinlik hissini itirməməyə və böhranları siyasi yollarla tənzimləmək yolları axtarıb tapmağa çağırıb.
C.Qinq onu da bildirib ki, 2014-cü il humanitar işçilər üçün çətin və təhlükəli olub, 85 nəfər hücumların qurbanına çevrilib.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ