"Boksiyor" icra başçısı şöbə müdirini döydü - ŞOK İDDİA+VİDEO


"Prezident bilmir ki, 168 manata hansı "qurumsaq” işləyər…?”

İcra başçısı səs yazısı yayılan və Prezidentin sözlərinə rişxənd edən Rasim Hüseynova qəzəbləndi.

Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova bağlı şok xəbər yayılıb. Miq.az xəbər verir ki, bu barədə AzFakt.com-a məlumat verən mənbə iddia edir ki, başçı şöbə müdirini döyüb.

Bu ötən həftə mətbuatda səs yazısı yayılan Rasim Hüseynov olub. Məlumat üçün xatırladaq ki, Qardağ rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun bir müddət əvvəl vətəndaşdan rüşvət istəməsinin səs yazısı yazılmışdı. Həmin söhbət zamanı şöbə müdiri prezidentin çıxışlarına rişxəndlə yanaşaraq  "Prezident çox söz deyir. Prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Bu boyda yalan olmaz. Prezident bilmir ki, 168 manata hansı "qurumsaq” işləyər…?” demişdi.

Saytın məlumatına görə, dünən Süleyman Mikayılovun kabinetində bir neçə yetkili şəxsin iştirakı ilə iclas keçirilib. Bu zaman icra başçısı Rasim Hüseynova əsəbləşərək onu yumuruqlayıb. İddiaya görə, Süleyman Mikayılovun qışqırtısı bütün binada eşidilib.

Bizə məlumat verən mənbə qeyd edir ki, icra başçısının şöbə müdirinə qəzəblənməsinin səbəbi Rasim Hüseynovun yayılan səs yazısı olub. Çünki bu səs yazısında şöbə müdiri açıq-aşkar Prezidentin sözlərinə rişxənd edir. Şöbə müdirinin bu cür "siyası səhv" buraxması isə Süleyman Mikayılova baha başa gəlib. Deyilənə görə, icra başçısı Rasim Hüseynova görə Prezident Administrasiyası tərəfindən "qulaqburma" cəzasına məruz qalıb. 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az