Borcluların nəzərinə: 3 il müddətində...

Borcluların nəzərinə: 3 il müddətində...
Tanınmış ekspert Əkrəm Həsənov borclulara müraciət edib.

 

Miq.az-ın xəbərinə görə, o bildirib ki, banka borcu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini atmayın.

 

"Yaxud da bankdan sizə qarşı tələbinin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın. ASAN-Xidmətə gedib Kredit bürosundan kredit tarixçənizi də alıb yoxlayın ki, bank həqiqətən ödənişlərinizi borcunuzun bağlanmasına yönəldib. Niyə? Çünki ölkəmizdə elə şeylər baş verir ki, təəccüblənməyə də güc qalmır. Məsələn, bir də gördünüz ki, sizi bir hüquq-mühafizə orqanına çağırıb dedilər ki, 10 il əvvəl filan banka borcunuz olub ödəməmisiz. Siz də cavab verirsiniz ki, ödəmişəm. Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, tullamışam, bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Müstəntiq də deyir ki, xeyr, ödəməmisiz, sənədiniz də yoxdur, bank da ona görə iddia qaldırmayıb ki, onun hansısa işçisi ilə sövdələşmisiz, "şapka" vermisiz və s. və i.a. Ya borcu ödəyin, ya da barənizdə cinayət işi açılacaq...” – Ə.Həsənov qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az