Boris Nemtsov öldürüldü - CANLI YAYIM, FOTO (YENİLƏNİB - II)

Boris Nemtsov öldürüldü - CANLI YAYIM, FOTO (YENİLƏNİB - II)

Hazırda Newcaster TV Boris Nemtsovun qətlə yetirildiyi ərazidən canlı yayım verir. Publika.az canlı yayımı təqdim edir.

Yerli mətbuatın yazdığına görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hadisə yerində olub. Cinayət işinin istintaqı Prezident  Vladimir Putinin nəzarətə götürdüyü bildirilir. Vladimir Putin müxaifət liderinin qətlini sifariş və təxribat adlandırıb. O, qətlin araşdırılmaı üçün Daxili İşlər Nazriliyi və Federal Təhlükəsizlik Xidməti əəkdaşlarınıdan ibarət İtintaq Komitəsinin yaradılması haqqında tapşırıq verib.

Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova jurnalistlərə açıqlamasında qətlin fevralın 27-də saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında törədildiyini bildirib. Onun sözlərinə görə, naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova bir neçə dəfə atəş açıblar. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (Qəsdən adam öldürmə) və 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

İstintaq Komitəsinin xüsusi nümayəndəsi qətlin sifariş olduğunu deyib.

01:54

Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov öldürülüb.

Publika.az-ın məlumatına görə, Nemtsov axşam saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Hüquq mühafizə orqanlarındakı mənbə məlumatı təsdiq edib.

İlkin məlumatda bildirilir ki, naməlum cinayətkar müxalifət liderinə 4 dəfə atəş açıb. Siyasətçi aldığı yaralardan yerindəcə keçinib.

Qeyd edək ki, Nemtsov son zamanar Vladimir Putini, onun Krımın ilhaq etmək siyasətini və Rusiyanın Ukraynada apardığı müharibəni kəskin tənqid edirdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az