BRICS Sammitinə gələn Əliyev, Cinpin, Pezeşkian və digər liderlərin daddığı ÇAK-ÇAK NƏDİR?
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XVI BRICS sammiti keçirilir.
Oktyabrın 22-dən başlayan sammit ayın 24-dək davam edəcək. Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev də oktyabrın 23-də Kazan şəhərinə gedib. O, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə sammitin "BRICS+” formatında iştirak edəcək.
İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRIC qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRICS olub. 2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRICS-ə qoşulub.
Qrupun genişləndirilmiş versiyasının adı açıqlanmayıb, lakin onun BRICS+ olacağı düşünülür.
TASS-ın məlumatına görə, BRICS sammitinin başlaması ərəfəsində Kazan hava limanı tematik bannerlərlə bəzədilib. Sammitin keçirildiyi günlərdə hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sammitə gələn xarici ölkə liderləri, eləcə də nümayəndə heyətlərinin rəhbərləri hava limanının VIP terminalında qarşılanır. Qarşılanma mərasimində Rusiya Federasiyasının rəsmi şəxslərilə yanaşı, rus və tatarların ənənəvi bayram paltarlarını geyinmiş qızlar da iştirak edirlər. Qızlar əllərindəki məzmeyidə olan duz-çörək və çak-çakı əcnəbi qonaqlara təqdim etməklə qonaqpərpərlik nümayiş etdirirlər.