Bu avtobusların yolu dəyişdi

Bu avtobusların yolu dəyişdi
"BakuBus" MMC bayramla əlaqədar iki marşrut xəttinin istiqamətinin dəyişdirildiyi barədə məlumat yayıb.
Miq.az xəbər verir ki, MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın ans press-ə verdiyi məlumata görə, mart ayının 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından "BakuBus”a məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaqlar.
Belə ki, 2 saylı xətt Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xətt isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az