Bu dəfə restoranda gəlini girov götürdülər
Toy bitdikdən sonra borcunu ödəmədiyi üçün restoran sahibi gəlini girov götürüb.
Vətəninfo.az-ın məlumatına görə, Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Qazaxıstanın Almatı şəhərində baş verib. Restoran sahibi borc tam ödənməyənə qədər gəlini girov saxlayacaqlarını bildirib.
Yayılan məlumatlara görə, bəy restorana 9 min ABŞ dolları ödəməli imiş. Ancaq ev sahibi bu pulun cəmi 7 min dollarını ödəyə bilib. Bəy öz maşınını gecə yarı qiymətə satıb və borcunu ödəyib. Bundan sonra gəlin azad edilib.
Bəyin yaxınları gəlini girov saxladığına görə restoran sahibini məhkəməyə veriblər.