Son vaxtlar Bakıda və ölkənin digər şəhərlərində "çox effektiv su filtrləri" satanlar qapı-qapı dolaşır, "unikal məhsul"u təklif edirlər.
Yalçın İslamzadə bu fırıldaqçılarla bağlı Facebook-dakı profilində yazıb: "Səyyar satıcılar ev üçün filtrlər təklif edir, müştərini yola gətirmək üçün pulsuz test keçirirlər. Test zamanı "presipitator" deyilən portativ elektroliz cihazının elektrodları suya daxil edilir, cərəyan keçdikcə su bulanıqlaşır və rəngi tündləşir. Bunu krant suyunun kirliliyinə sübut kimi göstərirlər. Elementar məntiq deyir ki, o qədər kirlilik suyun harasında idi ki, indi görünən oldu? Əslində, su sonradan kirlədilir, elektrodlardan biri dəmirdir, elektroliz nəticəsində oksidləşdikcə su bulanır.
Özləri ilə gətirdikləri suda bu hal baş vermir, çünkü krant suyunda həll olunmuş minerallar var və su elektrolit kimi elektriki keçirir.
Təmiz deyə gətirdikləri suda elektroliz baş vermir, su bulanmır - çünki tərkibində minerallar yoxdur. O suya xörək duzu əlavə edilib qarışdırılsa, onun da rəngi krant suyunun rəngi kimi dəyişəcək.
Reklam üçün, "dünən bir kimya professorunun evinə quraşdırdıq" deyirlər.
Müftə pendir, sadəcə, tələdə olur".
Milli.Az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?