Bu gün MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bu gün MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bu gün Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, iclasda BMT-nin 70 illiyi və Çernobl AES-də baş vermiş qəzanın 30 illiyi ilə bağlı sənədlərə baxılacaq. Bundan başqa, prezidentlər miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması və xəbərdarlığın olunması, sərhədlərin qorunması, hərbi sahədə əməkdaşlıq məsələlərini əks etdirən sənədləri qəbul edəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Qazaxıstana səfər edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az