Bu gün neçə nəfər koronaya yoluxub?

Bu gün neçə nəfər koronaya yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 554 096 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7 372 nəfər vəfat edib, aktiv xəstə sayı 30711 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddət ərzində isə ümumilikdə 5 321 217 test aparılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az