"28 May – Respublika Günü ilə bağlı əfv sərəncamı verilməyəcək".
Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, xaql şairi Zəlimxan Yaqub deyib.
“Əfv sərəncamının verilməsi nə vaxt gözlənilir” sualına Zəlimxan Yaqub belə cavab verib: “Bu barədə məndə məlumat yoxdur və növbəti əfvin nə zaman baş tutacağı da bilinmir”.
Qeyd edək ki, Əfv Komissiyasının digər üzvləri bundan əvvəl 28 May – Respublika Günü ilə bağlı əfv sərəncamının imzalanacağını istisna etmirdilər.
“Bu günlərdə əfv sərəncamının imzalanacağını gözləmirəm. Amma əfv sərəncamı hər zaman ola bilər”.
Bu sözləri İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
“28 May- Respublika Günün əfv sərəncamı imzalanmasa, bəs nə vaxt verilməsi gözlənilir” sualına cavabında Səadət Bənənyarlı bildirib ki, istənilən vaxt əfv sərəncamı imzalana bilər: “Əfv iyun ayında da verilə bilər.
Biz bilirik ki, Əfv Məsələləri Komissiyasında mütəmadi işlər gedir. Məncə, yaxın günlərdə əfv sərəncamının verilməsi üçün hazırlıqlar hələ başa çatmayıb. Bu haqda həm də siyasi qərar olmalıdır. Hər şey ölkə rəhbərindən asılıdır. Əfvin verilməsini biz də çox istəyirik və gözləyirik”.
Modern.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ