Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cəzalar ağırlaşdırılıb. Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
Məcəllənin 152-ci maddəsinə əlavələr olunub. Hazırda qüvvədə olan maddədə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Təklif olunan əlavədə 16 yaşdan aşağı şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə daha ağır cəzalar verilməsi nəzərdə tutulub. Belə ki, eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Digər dəyişikliyə əsasən, bu əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsi daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə 3 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulub.
Nəzərdə tutulan cinayətlərə görə məsuliyyət, həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər