Ramazan ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi fətva verəcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası tərəfindən Ramazan ayının başlanması, Ramazan bayramı, Qurban bayramı və digər dini mərasimlərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsi və Nazirlər Kabinetinə təqdim edilib.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib ki, yekun təkmilləşmə başa çatandan sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan Ayının başlanması ilə bağlı fətva verəcək. Onun sözlərinə görə, Ramazan ayının başlanmasını tarixinin açıqlanması yalnız QMİ-nin səlahiyyətinə aiddir. Bu il də idarə rəsədxana tərəfindən təqdim ediləcək hesablamalara və məlumatlara uyğun fətva verəcək.
Qeyd edək ki, bu il astronomik təqvimə əsasən, Ramazan ayının başlanmasını xəbər verən yeni Ay iyunun 16-sı saat 19:07-də təzələnəcək. Ramazan ayından sonra ayın təzələnməsi isə iyulun 16-da saat 06:26 dəqiqədə baş verəcək.
Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qəbul etdiyi qərara əsasən, bu il Azərbaycanda 17, 18 iyul tarixlərindən Ramazan bayramı, 24, 25 sentyabr tarixlərində isə Qurban bayramı qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Xatırladaq ki, (QMİ) bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək.
APA
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”