Bu il yol qəzalarında xəsarət alanların sayı açıqlandı
"Bu il yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 3 faiz artıb".
Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlilov deyib.
O qeyd edib ki, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərdiyini diqqətə çatdırıb: "Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım göstərilib və onlardan 70 faizi hospitalizasiya olunub. Ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb".
M.Cəlilov sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını (2016-cı ildə 9, 2017-ci ildə 36) deyib. Vurğulayıb ki, regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir".
Miq.az