Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir

Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir

Vaşinqton və Körfəz ölkələri İranı "bölgədə sülhə təhlükə” adlandırıb.

Miq.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İranın sabitliyi pozan fəaliyyətlərini cilovlamaq imkanlarını artırmaq üçün müdafiə sahəsində əməkdaşlıq və əməliyyat koordinasiyasını genişləndirmək barədə razılığa gəliblər. Bu barədə təhlükəsizlik danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.

Məlumata görə, sənədi imzalayan dövlətlər "İran tərəfindən silahların yayılması və tədarükünü region və dünya üçün ciddi təhlükəsizliyə təhdid” adlandıraraq, Tehranı dərhal öz siyasətini dəyişməyə və MAQATE ilə vicdanlı əməkdaşlığa çağırıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az