Bu məhsullar gömrükdən hansı yollarla keçir? - Deputat
MTK-lar at oynadırlar, insanlar sanki evlərdə kirayəşin kimi yaşayırlar.
Miq.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsidə bu gün müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Azərbaycanda satışda olan tələblərə cavab verməyən çox sayda kombi sistemi var:
"Tikinti, inşaat məhsulları satılan mağazalara, bazarlara baxsaq, görərik ki, kombi sistemlərinin biri İrandan, biri Almaniyadan, biri Çindən, biri Türkiyədən gəlir, lakin standratlara cavab vermir. Vətəndaşları da ən çox narahat edən odur ki, necə ola bilər ki, eyni tələblərə cavab verən kombi sistemi müxtəlif evlərdə fərqli sərfiyyata sahib olur. İsitilik avadanlıqlarına da nəzarət gücləndirilməlidir. Həmin məhsullar gömrükdən hansı yollarla keçir, bazarlarda satışa çıxarılır? Heç bir nəzarət də yoxdur”.
****
"MTK-lar at oynadırlar" - Deputat
"Bu qanunda sərt tələblər qoyulmalıdır. İstilik təchizatı xidmətlərinin keyfiyyətlərinə nəzarət müxanizmini də gücləndirməliyik. Nazirliyə heç bir əlavə alətlər verilmirsə, nəzarət necə həyata keçiriləcək? Sadəcə özümüz deyib, özümüz də eşidəcəyik".
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həməzyev deyib.
"Uzun illər tikintidə pərakəndəlik olub. Yeni tikilən binalarda istilik sistemləri quraşdırılmadı. Sərt qayda qoymalıyıq ki, yeni tikilən binalarda mütləq mərkəzləşdirilmiş istilik sistemləri quraşdırılsın. MTK-lar at oynadırlar. İnsanlar sanki o binalarda kirayə yaşayır. MTK-lar faktiki olaraq sakinlərə müstəqillik verməyib. Ən azından bundan sonra bu qaydaları tətbiq edə bilərik", - deyə deputat bildirib.
O qeyd edib ki, satışda olan çox sayda və tələblərə cavab verməyən kombi sistemləri var: "Bu kombi sistemləri məsələn, Almaniya, İran, Çin və digər ölkələrdən gətirilir. Mütəxəssislər baxanda məlum olur ki, bu kombilər standartlara cavab vermir. Onu quraşdıranda da hədisz dərəcədə sərfiyyata gətirib çıxarır. İstilik avadablıqlarına nəzarəti gücləndirməliyik. Gömrükdən keçirilir, bazarda satışa çıxarılır və heç bir nəzarət yoxdur. Bu problemi həll etməliyik".